Senator xatırladıb ki, hələ mart ayında ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard İranın bomba yaratmaq üçün heç bir addım atmadığını bildirib. Uarner, kəşfiyyat məlumatlarının o vaxtdan bəri dəyişmədiyini vurğulayaraq, bunun əksini iddia edən ABŞ prezidenti Donald Trampı “bütün kəşfiyyat məlumatlarına məhəl qoymamaqda” günahlandırıb.
“Tvitlər vasitəsilə xarici siyasət çılğınlıqdır. Amma bu adamın etdiyi budur. Hazırkı administrasiyanın bu məsələ ilə bağlı siyasəti barədə heç bir təsəvvürə malik deyiləm”, - Donald Trampın sosial şəbəkələrdəki paylaşımlarına istinad edən Mark Uorner deyib.
Bir gün əvvəl Donald Tramp jurnalistlərə açıqlamasında İranın nüvə silahına sahib olmasına cəmi bir neçə həftə qaldığını iddia edib.
Bundan əlavə, “The Wall Street Journal (WSJ)” nəşri Trampın İrana zərbə endirmək planını özəl qaydada təsdiqlədiyini yazıb. Qəzetin məlumatına görə, bu qərar iyunun 17-də axşam onun yüksək vəzifəli köməkçiləri ilə söhbəti zamanı qəbul edilib. Bununla belə, prezident İranın nüvə proqramından əl çəkməsini gözləyərək, son əmri verməkdən çəkinir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


